ABŞ Ərəb ölkələrinə müraciət etdi

Financial Times qəzeti yazır ki, ABŞ hakimiyyəti ərəb ölkələrinə müraciət edərək, İsrail-HƏMAS münaqişəsi başa çatdıqdan sonra, bu bölgəyə sülhməramlıların göndərilməsi üçün könüllü hərbiçilər hazırlamağı xahiş edib.
"Bayden administrasitası ərəb ölkələrini, müharibə bitdikdən sonra Qəzza bölgəsinədə Fələstinin etibarlı təhlükəsizlik aparatının yaradılmasına qədər, sülhməramlıların göndərilməsi üçün hərbiçilər toplamağa çağırıb"- deyə qəzetin materialında bildirilir.
Qərb və ərəb mənbələrinin məlumatına görə, bu təşəbbüsə Misir, BƏƏ və Mərəkeş dövlətləri tərəfindən baxılır.
Qalan ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı, Qəzza bölgəsinə sülhməramlıların göndərilməsindən imtina ediblər. Onlar istəmirlər ki, HƏMAS-ın gözündə İsrailin əlaltıları kimi görünsünlər.
Birləşmiş Ştatlar da Fələstin anklavına öz hərbi qüvvələrini yerləşdirmək niyyətində deyil. Çünki bilorlər ki, "bu xəmir hələ çox su aparacaq"
Rüstəm Hacıyev
Digər Xəbərlər

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB

Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddəti uzadılıb

Müxalifət Tramp-Putin görüşündən faydalanmaq istəyir

Avrokomissiya Ukraynaya 25 milyard avro ayıracaq

Tramp Putinlə bu şəhərdə görüşəcək – Tarixi açıqladı
