Əvəz Zeynallı azadlığa buraxıldı
"Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Adalet.az xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.
Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.
Xatırladaq ki, Əvəz Zeynallı bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxub.
O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
Digər Xəbərlər
19 May 2026 00:24
WUF13 iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi - FOTOLAR
18 May 2026 22:30
WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb - YENİLƏNİB
18 May 2026 17:35
Məryəm Nəvaz Şərif: "Bakıda özümü yad ölkədə hiss etmirəm"
18 May 2026 17:10


Bakı -°C

