İsrail Livanda televiziya stansiyasının binasına zərbə endirdi
İsrail ordusu Livanın paytaxtı Beyrutda Hizbullaha bağlı televiziya stansiyasının binasını hədəfə alıb, Hizbullah isə İsrailin şimalındakı hərbi bazaya dron hücumları təşkil etdiyini açıqlayıb.
Adalet.az xarici mediaya istinadla xəbər verir ki, Livan xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu Beyrutun cənubunda, Hizbullahın qalası kimi tanınan Dahiye bölgəsinə hava hücumu həyata keçirib. Dahiyenin Harat Hreik bölgəsini hədəf alan İsrail ordusu, Hizbullaha məxsus Əl-Manar TV-nin binasını da bombalayıb. İsrail ordusu səhər saatlarında Dahiyenin müxtəlif nöqtələrinə intensiv hava hücumları həyata keçirib. Hizbullahın açıqlamasında qeyd olunub ki, İsrailin şimalındakı Ramat David Hava Bazasındakı radarlar və idarəetmə otaqları dronlarla hədəfə alınıb.
Digər tərəfdən, İsrail ordusu Livandan göndərilən iki dronun tutulduğunu açıqlayıb. İsrail təyyarələri səhər saatlarından etibarən Dahiye bölgəsindəki "Hizbullahın qalası" kimi tanınan Hureyq və Hades məhəllələrinə hava hücumları həyata keçirib. Hücumlardan sonra ərazidən güclü partlayışlar eşidilib və tüstü qalxıb.
Dünən gecə verdiyi açıqlamada İsrail ordusu Livandan raket atıldığı aşkar edildikdən sonra ölkənin şimalında sirenlərin işə düşdüyünü bildirib. Hizbullahı hədəf aldığını iddia edən İsrail ordusu Livan boyunca hava hücumları təşkil etdiyini və bundan sonra paytaxt Beyrutda partlayış səslərinin eşidildiyini açıqlayıb. İsrail ordusu bu gün Livanın bir çox yerində hava hücumları həyata keçirib. Bu arada, İsrail ordusu Livanın cənubundakı 59 kənd və qəsəbəyə hücum etməklə hədələyib və sakinlərdən evlərini tərk etmələrini istəyib.
Vasif
Digər Xəbərlər
03 Mart 2026 12:35
"Hizbullah"ın daha bir rəhbər şəxsi öldürüldü
03 Mart 2026 11:54
Kapadokiyanın bu qəsəbəsi Sakit Şəhərlər şəbəkəsinə üzv qəbul edildi - FOTOLAR
03 Mart 2026 10:55
"İran 11 nüvə bombası istehsal etmək gücünə malik olduğunu deyirdi" - Uitkoff
03 Mart 2026 10:40


Bakı -°C

