adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Iyun 2018 14:09
45623
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BU QARPIZ Kİ VAR…

İsti havalarda adamın ürəyiçox vaxt qarpız istəyir. Amma bu qarpız ki var, o çox şirin, həm də qorxulu məhsuldu.Yəni ona görə şirindi ki, yayın istisindəqarpızı yeyirsən, sənə ləzzət eləyir və içinbuz kimi olur. Qorxulusu odur ki, vaxtından əvvəl süni yollayetişdirilmiş qarpızı yeyərsən, sonra düşərsən qarın ağrısına. Bax, onda da bu məsələ elə belə ötüb keçməz. Ən azından xəstəxanaya düşməlisən, mədə-bağırsağın yuyulmalıdıvə sənə sistem göçürülməlidi. Bu isə uzunbir haqq-hesabdı.

İndi də şəhərinəksər bazarlarında və mağazalarındanə qədər istəyirsən qarpız var. Tərs kimi havalar da çox isti keçir. Son günlər Bakıda havanın istiliyi +38 dərəcəyə çatıb. Belə havada adamınürəyindən qarpız keçməsin, bəs nə keçsin?! Gedirsən mağazaya, görürsən ki,yumru-yumru, uzun-uzun qarpızlar səliqə ilə bir-birinin üstünə yığılıb. Özü də qiyməti bir o qədər baha deyil, yəni kiloqramı 30-35 qəpiyə.

Dünən axşam da mən işdən evə qayıdanda gördüm ki, yaxınlıqdakı marketdənbir qonşum qarpız alır . Dedi, müəllim, ürəyim qarpız istəyir, amma bilmirəm alıım-almayım.Nə məsləhət bilirsən? Mən də elə bir məsləhət vermədim. Bircə onu dedim ki, dədə-babadanbizdə qarpızı avqustun əvvəllərində yeyiblər. Day özün bilərsən, istəyirsən al, istəyirsən alma. O daqarpızı alıb apardı evlərinə. Axşam saat 10-da eşitdim ki, qonşum yediyi qarpızdan pis vəziyyətə düşüb. Və nəyaxşı ki hələ o qarpızdan evdəki ailə üzvləri və uşaqlar yeməyib. Qonum-qonşular töküldü,həkim çağırdılar, mədə və bağırsağıyuyulandan sonra özünə gəldi. Və gözlərisolmuş halda dilləndi:

- Sənin sözünəbaxsaydım öldüm-öldümə düşməzdim. HələAllahın mənə yazığı gəldi ki, uşaqlarbundan yemədilər.

Dedim, ay qonşu , guya indikimin məsləhətinə və sözünə qulaq asırlar.Evdəki uşaqlara düz yol göstərirsən, heç adamı eşitmir, o ki qala sənin kimitərs qonşu ola. Və bir də bu qarpız ki var, tamahı güclü olan adamlarıhəmişə vaxtından tez yeyiləndə eləsənin gününə qoyub. Buna da şükür elə ki,yaxşı qurtarmısan. Yoxsa xəstəxanayadüşsəydin bir ətək pul xərclyəcəkdin və nəqədər də əziyyət çəkəcəkdin.

May ayının axırlarından Bakının əksər bazarlarında və mağazalarında qarpızlarsatılır. Bu qarpızların bir hissəsi Türkiyədən,İrandan gətirilsə də, müəyyən hissələri də Sabirabadda, Kürdəmirdə istixana şəraitində yetişdirilir. Yəni may ayından bu günə qədər mağazalarda satılanqapızların heç biri təbii yolla yetişməyib. Ona görə də süni yolla böyüdülən qarpızları hətta mütəxəssislər məsləhət bilirlər ki, yemək olmaz. Yeyərsən ey,bax, mənim qonşum kimi öldüm-öldümə düşərsən.

Bu barədə Qida TəhlükəsizliyiAgentliyi də əhaliyə xəbərdarlıq edib. Həminagentliyin məsul şəxsləri bildiriblər ki,əhali indi bazar-dükanlarda satılan qarpızları yeməsinlər. Çünki onlarıntərkibində normadan artıq kimyəvi maddələr var və bu da hər an insanı zəhərləyə bilər. Qarpızın mövsümü avqustayından başlayır.

Qida Təhlükəsizliyi Agentliyiəhaliyə xəbərdarlıq edir, əksər insanlarda bu xəbərdarlığı bir qulağından alıb o biriqulağından buraxır. Yəni dəyirmanbildiyini edir, çax-çax baş ağrıdır. Yollarınkənarında, bazarlarda nə qədər desən maşınlarda qarpız satılır. Elə olmazmı ki, vaxtındanəvvəl süni yolla yetişdirilmiş və bazara çıxarılmış bu qarpızların satışına icazə verilməsin?

Axı, əhalinin qida təhlükəsizliyi ilə bağlı agentlik fəaliyyət göstərir. O agentlikisə sadəcə olaraq, mövcud problemi yerində həll etmək əvəzinə əhaliyəxəöərdarlıq etməklə öz işini bitmiş hesab edir. Onsuz da bunu az-çox camaat da yaxşı bilir. Qoy bilənlər dəbilməyənlərə desin ki, ay camaat, bax, qarpız alıb yeməyin ha. Yoxsa, öldüm-öldümədüşə bilərsiniz?!