Bu ilin üç ayında 39 üçəm doğulub
Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.
Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Digər Xəbərlər
28 Iyun 2026 13:40
Faktiki hava açıqlandı
27 Iyun 2026 11:22
Leyla Əliyeva və Arzu Əliyeva mövsümi güllərin əkilməsi aksiyasında - FOTOLAR
27 Iyun 2026 11:08
Leyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTOLAR
27 Iyun 2026 09:20


Bakı -°C

