İsmayıllıda asma körpüdən istifadəyə görə kimlər ödəniş tələb edir? - VİDEO
İsmayıllı rayonunun Zərnava kəndinə gedən yolda, Girdiman çayı üzərində yerləşən asma körpüdən istifadə edənlərdən ödəniş tələb olunur.
Adalet.az "Xəzər TV"yə istinadən xəbər verir ki, körpü 1997-ci ildə kənd sakini Sərraf Abdulrəhimovun təşəbbüsü ilə elə sakinlərin vəsaiti hesabına inşa edilib. Belə ki, Girdiman çayında tez-tez baş verən sel və daşqınlar zamanı sakinlərin çayı keçməkdə çətinlik çəkməsi körpünün tikintisini zəruri edib. İndi isə bu körpüdən istifadəyə görə sakinlərdən pul yığılır:
Asma körpü uzun illər ərzində kənd sakinlərinin çay üzərindən təhlükəsiz keçidini təmin edib. Zaman keçdikcə bu məkan yerli və xarici turistlərin də diqqətini cəlb edərək bölgənin tanınmış turizm məkanlarından birinə çevrilib. Körpüdə çəkilən foto və videolar sosial şəbəkələrdə geniş şəkildə paylaşılır. Lakin, son vaxtlar körpüdən istifadə edən şəxslərdən ödəniş tələb olunması birmənalı qarşılanmayıb:
Öyrəndik ki, körpünün istismarı üçün MMC yaradılıb. Ödənişlər də həmin MMC tərəfindən qəbul edilir.
Zərnava kəndinin də daxil olduğu Lahıc bələdiyyəsindən bildirilib ki, bələdiyyə ilə "Asma Körpü" MMC arasında müqavilə bağlanıb və körpü mövsümi istifadəyə verilib. O da qeyd edilib ki, ödəniş könüllü xarakter daşıyır, yəni hər kəs pul vermək məcburiyyətində deyil.
Digər Xəbərlər
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

