1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
Azərbaycanda balıqçılıq sahəsini tənzimləyən yeni qanun layihəsi hazırlanıb.
Adalet.az xəbər verir ki, "Balıqçılıq haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
8 fəsil və 30 maddədən ibarət olan layihədə balıqçılıq sahəsində idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, rəqəmsal nəzarət və monitorinq mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Sənədə əsasən, balıqçılıq subyektləri, balıqçı gəmiləri, balıq ovu alətləri, infrastruktur obyektləri və sahə üzrə digər məlumatlar müvafiq dövlət qurumunun informasiya sistemində toplanacaq. Həmçinin balıqçılıq su obyektləri və vətəgə sahələri ilə bağlı məlumatların müxtəlif dövlət informasiya sistemləri arasında inteqrasiyası təmin ediləcək.
Qanun layihəsində balıq ehtiyatlarından istifadəyə dair kvotaların elmi əsaslarla müəyyənləşdirilməsi, ov icazələrinin verilməsində şəffaflığın artırılması, elektron uçot sistemlərinin tətbiqi, eləcə də real vaxt rejimində monitorinq və məsafədən izləmə texnologiyalarından istifadə nəzərdə tutulur.
Bununla yanaşı, balıqçı gəmiləri, balıq ovu vasitələri və balıqçılıq infrastrukturu üçün texniki tələblərin müəyyənləşdirilməsi, onların qeydiyyatı və nəzarət mexanizmlərinin qurulması planlaşdırılır. Bu tədbirlərin qanunsuz balıq ovunun qarşısının alınmasına və balıq ehtiyatlarından daha səmərəli istifadəyə xidmət edəcəyi bildirilir.
Layihəyə əsasən, yeni qanun qüvvəyə mindikdən sonra 1998-ci il 27 mart tarixli "Balıqçılıq haqqında" qanun ləğv ediləcək.
Digər Xəbərlər
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - VİDEO
23 Iyun 2026 13:04
Prezidentlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLAR
23 Iyun 2026 12:07


Bakı -°C

