Nağdsız ödənişlərin həcmi 8,7 mlrd. manat olub
2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 680 milyon manat təşkil edib.
Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb.
Ötən ay həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 620 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 58 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
Bundan əlavə, banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artıb.
Digər Xəbərlər
25 Iyun 2026 09:10
“Birgə əməkdaşlıq dövlətlərin geo-siyasi mövqeyini daha da gücləndirməkdədir”
24 Iyun 2026 19:22
Qızıl kəskin ucuzlaşdı
24 Iyun 2026 11:03
AMB uçot dərəcəsini sabit saxladı
24 Iyun 2026 09:51
Türkmənistandan hansı məhsulları alırıq və qardaş dövlətə nə satırıq?
23 Iyun 2026 18:51
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
23 Iyun 2026 11:21
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - Şahmar Mövsümov
23 Iyun 2026 11:06
Onlar 50% miqdarında ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər
22 Iyun 2026 12:31


Bakı -°C

