07 Fevral 2025 17:14
133
DÜNYA

Fars-hay sevgisi:"İran Milli Kitabxanasında ilk dəfə erməni əlyazmaları öyrəniləcək"

İran-Ermənistan münasibətlərinin durmadan inkişaf etməsini təsdiqləyən növbəti bir addım atılıb.

Adalet.az
xəbər verir ki, İranın ən böyük əlyazma mərkəzində ilk dəfə erməni əlyazmaları öyrəniləcək. Beləki, Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzindən olan nümayəndə heyəti Qum şəhərindəki Ayətullah Maraşi Nəcəfi Kitabxanasını ziyarət edib. Erməni medaiası bildirir ki, nümayəndə heyətini mərkəzin təsisçisinin oğlu, direktoru Mahmud Maraşi Nəcəf qəbul edib.


Ayətullah Maraşi Nəcəfi Kitabxanası İranın ən böyük İslam əlyazmaları mərkəzi və bütün İslam dünyasında üçüncü ən böyük kitabxanadır. Kolleksiyada həm dini xarakterli, həm də elmin müxtəlif sahələrinə aid mətnləri ehtiva edən müxtəlif dillərdə 85000-ə yaxın əlyazma var.

Mərkəzin əlyazma anbarlarına, rəqəmsallaşdırma və bərpa şöbələrinə ekskursiya təşkil edilib:“Mərkəzdə saxlanılan erməni əlyazmalarının tədqiqindən başlayacaq qarşılıqlı əməkdaşlığın vacibliyi və istəyi vurğulanıb”.
Ermənistanlı nümayəndələri Ayətullah Maraşi Nəcəfi Kitabxanası ilə əməkdaşlıqdan əlavə, İran Milli Kitabxanası ilə də əməkdaşlıq edir.
İran Milli Kitabxanasının Arxivində erməni guşəsi açılacaq və 5 alim erməni əlyazmalarını tədqiq edəcək.

Xatırladaq ki, 1955-ci ildən fəaliyyətə başlayan Ayətullah Maraşi Nəcəfi Kitabxanası İslam elmlərini təbliğ etmək üçün kütləvi kitabxanadır. Hazırda bu kitabxanada bir milyona yaxın çap kitabı və 40 min əlyazma var və Ayətullah Seyid Şəhabəddin Maraşi Nəcəfinin oğlu Doktor Mahmud Maraşi Nəcəfi buraya rəhbərlik edir.

Ərəbcə kitablarla yanaşı, kitabxananın xarici kitablarının əksəriyyəti dünyanın əsas tədqiqat mərkəzləri və kitabxanaları ilə mədəni mübadilə yolu ilə təmin edilir. Kitabxanada patologiya, resurslarla təminat, kataloqlaşdırma, kompüterlər, ictimai və beynəlxalq əlaqələr, kitabxananın mühafizəsi və təhlükəsizliyi bölmələri , çap kitablarının anbarı, foto, mikrofilm, əlyazma kitablar, hədiyyə edilmiş və ya alınmış kitabların qorunduğu yer var. “Şahab ​​irsi” adlı jurnal da nəşr etdirir.

(İran Milli Kitabxanası)

Qeyd edək ki, 2012-ci ildə İranın xaricdəki ən böyük sənədlər toplusu və informasiya mərkəzi sayılan kitabxanasıda  açılmışdı. Kitabxana İrəvanın Kəbud (Göy) məscidində fəaliyyətə başlayıb.Kitabxanada 20 min dəri kitab var, eyni zamanda mərkəz müasir texnologiya və internetlə təchiz edilib və online olaraq İran Milli Kitabxanasına bağlanıb. Hazırda fəaliyyət göstərir...


Əntiqə Rəşid