adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2024 09:22
1160
İDMAN

"Fənərbaxça" futbolçularının meydanı tərk etməsinin səbəbi AÇIQLANDI

"Fənərbaxça"nın Türkiyə Superkubokunun "Qalatasaray"la matçının yarımçıq dayandırılmasından sonra açıqlama yayıb.

Adalet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Açıqlamada bildirilib:

“Bu gün meydana qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız üçün bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, indiki bütün Türkiyə idmanına xidmət etmişik. Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”.

Qeyd edək ki, dünən "Fənərbaxça" və "Qalatasaray"ın qarşılaşdığı Türkiyə Superkuboku uğrunda oyunun ilk dəqiqəsində Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Qoldan sonra "Fənərbaxça"lı futbolçular oyunu boykot edərək meydanı tərk ediblər. Beləliklə, "Fənərbaxça"ya texniki məğlubiyyət verilib. "Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub.

Bir müddət əvvəl Türkiyənin "Fənərbaxça"sının daxili çempionatın 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi xəbəri yayılmışdı. Klub Belçika, Niderland, İspaniya, Fransa və İtaliya liqaları ilə variantları nəzərdən keçirir. Superliqanın 30-cu turunun matçının final fitindən sonra "Fənərbaxça" futbolçularının meydanın mərkəzində qələbəni çılğınlıqla qeyd etməsi, kütləvi şəkildə meydana qaçan doğma azarkeşləri sevindirməyib. Bundan sonra qonaq futbolçuların da iştirak etdiyi dava başlayıb.