adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2021 10:33
27329
ELM VƏ TƏHSİL

Fənn olimpiadasının finalına çıxan oğlanların sayı qızlardan iki dəfə çox oldu

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticələrə əsasən, 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanıb.

Finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür.

Şagirdlərin 200 nəfəri qız, 389 nəfəri isə oğlandır.