Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serreni qəbul edib.
Adalet.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı ölkəmizdə badminton idman növünün inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.
Digər Xəbərlər

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
