FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər

“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb

Mehriban Əliyevadan bayram paylaşımı

4 günlük TƏTİL BAŞLADI

Prezidentdən Qurban bayramı ilə bağlı PAYLAŞIM - FOTO

DİN Qurban bayramı ilə əlaqədar müraciət edib - VİDEO
jpg-1749124090.jpg)
Erməni politoloqa cavab: "5 min erməninin qatilini bir görsəydiniz, bir anlasaydınız..."
