FHN əməkdaşı növbəti dəfə qızıl medal qazandı
15 iyun 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.
Adalet.az xəbər verir ki, “Dreamland Golf” meydançasında keçirilmiş yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışlarda dövlət qurumlarından 23 əməkdaş mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Yarışlarda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı Aysel Kazımova qadınlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qalibə Gənclər və İdman Nazirliyinin diplomu və qızıl medal təqdim edilib.
Qeyd edək ki, Aysel Kazımova ötən il də dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında birinci yerə layiq görülüb.
Digər Xəbərlər
10 Yanvar 2026 11:16
Bu gün Türkiyə Superkubokunun qalibi bilinəcək
09 Yanvar 2026 19:00
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
09 Yanvar 2026 17:48
“Qalatasaray” - “Fənərbağça” oyununun saatı dəyişdirildi
09 Yanvar 2026 17:10
PSJ son 13 mövsümdə 12 dəfə Fransa Superkubokunun qalibi olub
09 Yanvar 2026 12:21
"Getdiyim hər yerdə məğlubiyyətləri müzakirə edirdilər" - Qurban Qurbanov
09 Yanvar 2026 11:37
Yankoviç "Qarabağ"dan gedəcək? - Qurban Qurbanovdan açıqlama
09 Yanvar 2026 09:48
"Arsenal" - "Liverpul" oyununda qolsuz heç-heçə
09 Yanvar 2026 09:05


Bakı -°C

