adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2026 09:48
117
İDMAN
A- A+

"Arsenal" - "Liverpul" oyununda qolsuz heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI tur başa çatıb

Adalet.az xəbər verir ki, tura mərkəzi oyunla yekun vurulub.

Lider "Arsenal" öz meydanında son çempion "Liverpul"u qəbul edib. Prinsipial qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.

Bu nəticədən sonra xallarını 49-a çatdıran London klubu ilk pillədə qərarlaşıb. "Topçular" ən yaxın izləyicisi "Mançester Siti"dən 6 xal öndədir. Mersisayd təmsilçisi isə 35 xalla dördüncüdür.