adalet.az header logo
  • Bakı -°C
31 Yanvar 2026 14:25
71
İDMAN
A- A+

“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım - VİDEO

Qazaxıstan "Kayrat"ı klubu Tiktok sosial şəbəkə hesabında "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

Adalet.az xəbər verir ki, Almatı təmsilçisi Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə əlaqədar maraqlı video hazırlayıb.

“Kayrat" Liqa mərhələsini 1 xalla sonuncu - 36-cı pillədə tamamlayıb və turnirlə vidalaşıb, "Qarabağ" isə 22-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə əldə edib.

"Kayrat"ın videosunda klub və "Qarabağ" cizgi film obrazlarında təsvir olunub. Videoda "Kayrat" bildirir: "Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən".

Qazaxıstan təmsilçisi videonu "Pley-offda uğurlar" sözləri ilə şərh edib.