adalet.az header logo
  • Bakı -°C
20 May 2026 18:03
84
AVTOMABİL
A- A+

Çin yeni avtomobil brendini istifadəyə verir

“Xiaomi Auto” rəsmi olaraq yeni avtomobil brendi “Sky Nomad”ı istifadəyə verəcək.

Adalet.az xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb. Yeni marka altında artırılmış yürüş ehtiyatına malik hibrid avtomobillər istehsal olunacaq.

Brendin ilk modeli daxili kod adı “Kunlun N3” olan tamölçülü yolsuzluq avtomobili olacaq. Onun satışa çıxarılması 2026-cı ilin ikinci yarısına planlaşdırılıb. Avtomobilin uzunluğu 5300 mm-dən çox, təkər bazası isə təxminən 3100 mm olacaq. Model generator funksiyasını yerinə yetirən 1,5 litrlik turbomühərriklə təchiz ediləcək. Yalnız elektrik enerjisi ilə yürüş ehtiyatı 400–500 km, ümumi yürüş məsafəsi isə təxminən 1500 km təşkil edəcək.

“Sky Nomad” ailə yönümlü hibrid avtomobillərin istehsalına fokuslanacaq. Brendin əsas rəqibləri arasında Li Auto və Aito göstərilir. Bildirilir ki, avtomobillər təkcə Çində deyil, digər bazarlarda da satışa çıxarılacaq.