Avtomobillərin qiyməti ucuzlaşır?
Son illər xarici dövlətlərdən ölkəmizə on minlərlə avtomobillər gətirilib. Xüsusilə də Çin Xalq Respublikasından gətirilən avtomobillərin sayı daha çoxdur! Gözəlmək olardı ki, ölkə gətirilən avtomobillərin çoxluğundan sonra onların qiyməti ucuzlaşacaq.
Amma belə olmadı, əksinə onların qiyməti daha da yüksəldi! Bir vaxtlar alıçılar Çin maşınlarına daha üstünlük verirdi. Çünki onlar Avropa, Yaponiya, Koreya avtomobillərə nisbətən ucuz idi. Ancaq bu il onların gömrük rüsumunun artırılması, eləcə də, leysan yağışlar zamanı sudan keçərkən sıradan çıxması və texniki nasazlığı Çin maşınlarına etibarı azaltdı!
Belə olan təqdirdə insanlar ikinci əl avtomobillərə, o cümlədən Avropa maşınlarına böyük üstünlük verirlər! Ümumiyyətlə, bütün növ avtomobillərin qiyməti 1000- 1500 manat civarında bahalaşıb! Bu isə birmənalı olaraq alıçılıq vəziyyətinə mənfi təsir göstərir.Bir sözlə, maşın bazarlarında avtomobil satışı çox zəifdir. Ona görə də maşın bazarında alıçılıq aşağı enib! Və bundan sonra da vəziyyət necə olunacaq bilinmir!!!
Emil FAİQOĞLU


Bakı -°C

