Meksika mundiala qələbə ilə BAŞLADI - YENİLƏNİB
Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.
Adalet.az xəbər verir ki, Meksikadakı "Mexiko Siti" stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.
Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.
***00:35
Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.
Adalet.az xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
67-ci dəqiqədə Raul Ximenez fərqlənib.
***00:16
Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
***11 iyun, 23:55
Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
Adalet.az xəbər verir ki, Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ilk hissədən sonra ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
***23:15
Meksikada futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub
Adalet.az xəbər verir ki, Meksika - Cənubi Afrika (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.
Mexikodakı "Mexiko Siti" stadionundakı matçın 9-cu dəqiqəsində Juilan Kinones fərqlənib.
***23:00
Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.
Adalet.az xəbər verir ki, mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun 12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.


Bakı -°C

