Portuqaliya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Futbol üzrə Portuqaliya milli komandasının dünya çempionatı üçün heyəti açıqlanıb.
Adalet.az xəbər verir ki, heyətə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının ulduz hücumçusu Kriştianu Ronaldu da daxil edilib. Bu, 41 yaşlı forvardın 6-cı mundialı olacaq.
Qapıçılar: Dioqu Koşta (“Portu”), Xose Sa (“Vulverhempton”), Rui Silva (“Sportinq”), Rikardo Velyo (“Gənclərbirliyi”).
Müdafiəçilər: Nunu Mendeş (PSJ), Mateuş Nunyeş, Ruben Diaş (hər ikisi “Mançester Siti”), Dioqu Dalot (“Mançester Yunayted”), Nelson Semedu (“Fənərbağça”), Joau Kanselu (“Barselona”), Qonsalu İnasiu (“Sportinq”), Renatu Veyqa (“Vilyarreal”), Tomaş Arauxu (“Benfika”).
Yarımmüdafiəçilər: Ruben Neveş (“Əl-Hilal”), Vitinya, Joau Neveş (hər ikisi PSJ), Samu Koşta (“Malyorka”), Brunu Fernandeş (“Mançester Yunayted”), Bernardu Silva (“Mançester Siti”).
Hücumçular: Kriştianu Ronaldu, Joau Feliks (hər ikisi “Əl-Nəsr”), Rafael Leau (“Milan”), Franşişku Trinkau (“Sportinq”), Pedru Netu (“Çelsi”), Franşişku Konseysau (“Yuventus”), Qonsalu Gedeş (“Real Sosyedad”), Qonsalu Ramuş (PSJ).
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Portuqaliya millisi mundialda Özbəkistan, Konqo və Kolumbiya ilə birlikdə K qrupunda mübarizə aparacaq.
Digər Xəbərlər
24 Iyun 2026 17:36
“Neftçi” müdafiəçi transfer etdi
24 Iyun 2026 17:12
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?
24 Iyun 2026 16:38
Etibar Əliyev: "Türkiyə futbol oynaya bilmir"
24 Iyun 2026 16:22
Bu gecə Braziliya oynayır - 3-cü tur başlayır
24 Iyun 2026 12:00
Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO
24 Iyun 2026 10:17
Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldi
24 Iyun 2026 09:21
DÇ-də görünməmiş rekord - Ronaldo rəqibindən 22 yaş böyük idi
23 Iyun 2026 20:44


Bakı -°C

