FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti tərəfindən nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, xidmət tərəfindən təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlər görülür.
Adalet.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Növbəti belə müayinə 14-26 sentyabr 2026-cı il tarixlərində FHN Tibb Xidmətinin Hospitalı tərəfindən nazirliyin Cənub Regional Mərkəzində təşkil olunub.
Yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən aparılan tibbi müayinələr çərçivəsində nazirliyin cənub bölgəsində fəaliyyət göstərən yerli strukturlarının əməkdaşları laborator və instrumental diaqnostik testlərdən keçirilib, aşkar olunan fəsadlar üzrə zəruri müalicə kursları müəyyənləşdirilib.
Qeyd olunub ki, şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası məqsədilə belə dispanser müayinələr FHN əməkdaşlarının xidməti fəaliyyətin effektivliyinin daim yüksək səviyyədə saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Digər Xəbərlər
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - DİQQƏTLİ OLUN!
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36
Bu içki qaraciyəri qoruyurmuş
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00


Bakı -°C

