FHN Gəncədə təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində təlim keçirib.
Adalet.az xəbər verir ki, yanğın-taktiki təlimi “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusuna həsr olunub.
Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.
Təlimə ümumilikdə 40 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
11 Iyul 2026 18:53
"101 yaş istəyirəm səndən" - Sakinlərlə Prezidentin maraqlı dialoqu + YENİLƏNİB
11 Iyul 2026 17:42
Dövlət başçısı Xocavəndin Quzeyxırman kəndində olub - FOTOLAR
11 Iyul 2026 17:12
Şuşanın Qarabağ küçəsindən FOTOLAR
11 Iyul 2026 12:25
Bakıda növbəti daxili iməcilik keçirilib
10 Iyul 2026 17:44
34 ildən sonra taxıl biçini aparılır
10 Iyul 2026 16:56
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
10 Iyul 2026 15:21
Azərbaycanda balıqçılıq sahəsi yeni qanunla tənzimlənəcək
10 Iyul 2026 15:17


Bakı -°C

