adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 10:50
64
ŞOU-BİZNES
A- A+

Türkiyədə tanınmış şəxslərin narkotik nəticələri açıqlandı

Türkiyənin İstanbul şəhərində Bakırköy Baş Prokurorluğunun məşhurlarla bağlı apardığı narkotik istintaqı çərçivəsində saxlanılan bəzi şəxslərin toksikoloji analizlərinin nəticələri məlum olub.

Adalet.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, müğənni İlyas Yalçıntaşdan götürülən qan, sidik və saç nümunələrinin müayinəsi zamanı THC (tetrahidrokannabinol) maddəsi aşkarlanıb. Bu maddə marixuananın əsas psixoaktiv tərkib hissəsi hesab olunur.

İstintaq çərçivəsində həbs olunan sosial media fenomeni Ayşenur Balcının analizləri də müsbət nəticə verib. Onun sidik və saç nümunələrində kokain izləri müəyyən edilib.

Saxlanılan digər sosial media fenomeni Asude Mercanın ekspertiza nəticələrində də qan, sidik və saç nümunələrində kokain aşkarlandığı bildirilib.

Qeyd edək ki, Bakırköy Baş Prokurorluğunun narkotik vasitələrlə bağlı araşdırmaları zamanı bəzi müğənnilər, aktyorlar və iş adamlarının narkotik və psixotrop maddələrdən istifadə etməsi, eləcə də bu maddələrin istifadəsinə şərait yaratması ilə bağlı iddialar üzrə istintaq davam etdirilir. Hazırda iş üzrə hüquqi araşdırmalar aparılır və yekun məhkəmə qərarı açıqlanmayıb.