FHN-in xilasediciləri axtarışlara başladı - Bir nəfərin cəsədi tapıldı - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.
Adalet.az xəbər verir ki, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Digər Xəbərlər

Niyə yeniyetmələr valideynlərinin sözlərinə baxmır?

Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO

Bakıda güclü külək iki ağacı aşırdı

7-ci sinif şagirdini maşın vurub öldürdü

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Çimərliklərdə boğulma ilə bağlı 6 müraciət edilib - Rəsmi

AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq
