FHN: Sabirabadda yanan birmərtəbəli ev söndürüldü
Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər Xəbərlər
28 Aprel 2024 21:30