Fidan Qətər rəsmiləri ilə müzakirə apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfəri çərçivəsində Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.
Adalet.az “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, nazir Fidan görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriya və Qəzzadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
Nazir Fidan açıqlamasında bu sözləri söyləyib:
“Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. İki ölkə arasında münasibətlər strateji səviyyədədir. Hər kəs bu münasibətlərin regionun əmin-amanlığına, rifahına və iqtisadiyyatına əlavə etdiyi müsbət cəhətləri görür. Biz bunu daha da irəli aparmalıyıq. Ən son məsələmiz Suriya ilə bağlıdır. Suriya xalqına öz hökumətinə və keçid prosesinə nəzarəti ələ almağa necə kömək edə biləcəyimizlə bağlı qonşu ölkələrlə əlaqə saxlayırıq. Ölkənin yenidən qurulmasında lazım olan məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Suriyanın aktual problemlərinə təcili həll yolları tapmaq üçün birlikdə çalışırıq. Beynəlxalq sanksiyaların aradan qaldırılması, silahlı qrupların milli ordunun tərkibində bir araya gəlməsi və terrorla mübarizə vacibdir.
Dəməşq rəhbərliyinin xüsusilə YPG ilə bağlı problemləri həll etmək səyləri davam edir.
Xalqın həllini gözləyən problemləri var. Enerji, nəqliyyat və kommunikasiya ilə bağlı nə edə bilərik? Tamamlanmış bir sıra layihələr var. Məqsədimiz bunları həyata keçirməkdir”.
Digər Xəbərlər

Tramp Putinlə telefonla danışdı

Aİ missiyası sərhəddən nə vaxt gedəcək? - Mirzoyan AÇIQLADI

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan
