Finlandiya ilə siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi
Bakı şəhərində Azərbaycan Respublikası və Finlandiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Finlandiya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Avro-Atlantik departamentinin baş direktoru Sari Rautio rəhbərlik edibLƏR.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Daha sonra iqtisadi, humanitar və təhsil sahələrində, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Görüşlərdə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilən ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
23 May 2026 10:12
ABŞ-İran arasında saziş imzalanması gözlənilir - Politoloq
23 May 2026 09:58
“Biz öz sərt üzümüzü ermənilərə 44 günlük müharibədə göstərdik”
23 May 2026 09:33
Dünya mediası WUF13-dən danışır - FOTOLAR
22 May 2026 17:49
Ömüralıyev Prezidenti təbrik etdi
22 May 2026 17:40
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib
22 May 2026 16:32
Aqil Abbas: Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
22 May 2026 15:28
“Ermənistanda seçki kampaniyasında nifrət və qütbləşmə dərinləşir”
22 May 2026 12:00


Bakı -°C

