adalet.az header logo
  • Bakı 13°C
29 Mart 2023 14:22
262
DÜNYA

Finlandiya NATO-ya üzv oldu, İsveç isə hələ də gözləyir

Macarıstanda hökumət sözçüsü qeyd edib ki, İsveçin Macarıstanı tənqid etməsi iki ölkə arasında problemlər yaradıb və bu səbəbdən Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi gecikə bilər. Mətbuat katibi bu barədə Tvitter hesabında məlumat verib.

Aylarla davam edən etirazlardan sonra Macarıstan parlamenti bazar ertəsi Finlandiyanın NATO üzvlüyünü təsdiq edən qanunu qəbul edib. İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi isə parlamentdə gözlənilir.

İsveç və Finlandiya ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. İki ölkənin NATO-ya üzv olması üçün Macarıstan və Türkiyənin razılığı lazımdır.

Finlandiyanın üzvlüyünü təsdiq edən Türkiyənin İsveçə yaşıl işıq yandırmaması mübahisəlidir.

 

Emin