Finlandiya Ukraynaya 16 milyon avro yardım ayıracaq

Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya 16 milyon avro məbləğində humanitar yardımın göndəriləcəyini elan edib.
Adalet.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayımçısı nazirliyə istinadən məlumat verib.
Qeyd olunub ki, yardım BMT-nin humanitar qurumları və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Kiyevə çatdırılacaq.
Finlandiyanın Müdafiə Nazirliyi yanvarın 31-də Ukraynaya ümumi məbləği 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan edib.
Digər Xəbərlər

Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində iştirak edir

Ərdoğan: Suriya məsələsində kimsə bizə dərs verə bilməz

Zelenski Səudiyyə Ərəbistanındadır
