ABŞ-dan və Rusiyadan dünyaya xəbərdarlıq: Sabah ehtiyatlı olun
Dünya alimlər planetdə son iki ayın ən güclü maqnit qasırğasının olacağını deyiblər.
Adalet.az xəbər verir ki, ABŞ-ın NOAA (Milli okean və atmosfer administrasiyası) və Günəş rentgen astronomiya laboratoriyasından sonra Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumatı təsdiqləyiblər.
Beləki, elmi mənbələr iddia edir ki, avqustun 5-də baş verən M4.4 səviyyəli böyük günəş alışması nəticəsində tac kütləsinin atılması Yerə ciddi təsir göstərə bilər. Alimlərin fikrincə, Yerin maqnit sahəsinə təsir əvvəlki ehtimallardan qat-qat güclü ola bilər. Modellər göstərir ki, planet yüksək sürətli plazma buludu ilə toqquşacaq və bu da geomaqnit aktivliyini artıracaq.
Plazmanın Yerə avqustun 8-də Moskva vaxtı ilə təxminən saat 07:00-da çatacağı gözlənilir. Lakin, Yer kürəsinin tac dəliyi zonasına daxil olması səbəbindən maqnit pozuntuları artıq cümə axşamı gecədən başlaya bilər. Mütəxəssislərin hesablamalarına görə, geomaqnit indeksi Kp G2 səviyyəsinə uyğun gələn 6 dəyərinə çata bilər. Bu, iyunun 13-dən bəri qeydə alınan ən yüksək göstərici olacaq. Sonuncu dəfə maqnit qasırğası iyulun sonunda, yalnız G1 (minimum) səviyyəsində müşahidə olunmuşdu.
Qeyd edək ki, 19 ilin super güclü maqnit qasırğası ötən il 12 oktyabrda baş vermişdi. Həmin qasırğalar K indeksi 8-i keçdiyi üçün ən güclü kimi təyin edildi.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Noyabr 2025 17:37
Bakıda bu məktəbə direktor təyin edildi
07 Noyabr 2025 12:34
BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib
07 Noyabr 2025 11:01
Universitetdə Zəfər təntənəsi qeyd olunub
07 Noyabr 2025 10:30
Rektor Səadət Əliyeva universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb
05 Noyabr 2025 13:01
Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
05 Noyabr 2025 11:48
Tələbələrin köçürülməsi 1 fevraldan başlayır? - Rəsmi açıqlama
04 Noyabr 2025 16:20
Payız tətilinin vaxtı açıqlandı
04 Noyabr 2025 12:25


Bakı -°C

