adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 16:40
82
SİYASƏT
A- A+

Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev 2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin viza prosedurlarının sadələşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncama əsasən, Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn və müəyyən edilmiş sənədlərdən birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 25 avqust–30 sentyabr 2026-cı il tarixlərində Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab ediləcək:

Formula One Management Limited və Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına uyğun akkreditasiyanı təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyanı təsdiq edən akkreditasiya kartı;

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sərəncamla Xarici İşlər Nazirliyinə viza prosedurlarının sadələşdirilməsi barədə beynəlxalq təşkilatlara, xarici ölkələrin müvafiq qurumlarına və aviasiya sahəsində aidiyyəti tərəflərə məlumat vermək tapşırılıb.

Həmçinin xarici ölkələrdəki Azərbaycan səfirlikləri və konsulluqlarının internet resurslarında, eləcə də Nazirliyin saytında sadələşdirilmiş viza prosedurları və “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanları barədə məlumatların yerləşdirilməsi təmin ediləcək.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərini bu barədə məlumatlandıracaq.