Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?
“Atletiko”nun hücumçusu Antuan Qrizman Fransa millisindəki karyerasını başa vura bilər.
32 yaşlı futbolçu komandada kapitan seçimindən narazıdır. Yığmanın çalışdırıcısı Didye Deşam Uqo Lyorisin milli karyerasını başa vurmasından sonra sarğını Kilian Mbappeyə verib. Qrizmann isə vitse-kapitan kimi müəyyənləşdirilib. Ancaq təcrübəli oyunçu 24 yaşlı Mbappe ilə müqayisədə millinin formasını daha çox geyindiyi üçün bu rola özünü layiq görür.
Digər tərəfdən, DÇ-2022-dən sonra Lyoris və Rafael Varanın yığmadan gedişi də Antuanın yığma karyerasını bitirmək fikirlərini gücləndirib. O, dostu Pol Poqbanın komandada olmamasına görə də məyusdur.
Qrizman bu ay keçiriləcək matçlardan sonra yekun qərarını verəcək. Fransa AVRO-2024-ün seçmə mərhələsində martın 24-ü Niderlandı qəbul edəcək, üç gün sonra isə İrlandiyanın qonağı olacaq.
Digər Xəbərlər
15 Sentyabr 2026 18:04
"Karvan-Yevlax" hücumçu transfer etdi
15 Sentyabr 2026 17:02
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
15 Sentyabr 2026 09:00
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
14 Sentyabr 2026 17:40
"Neftçi"də yeni müqavilə
14 Sentyabr 2026 17:30
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14 Sentyabr 2026 16:54
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
14 Sentyabr 2026 09:25
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
14 Sentyabr 2026 09:16


Bakı -°C

