Fransa Rusiyaya yeni səfir göndərdi

Fransanın yeni səfiri Nikola de Rivyer Rusiyaya gedib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Aprelin 1-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Fransa Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Nikola de Rivyerin etimadnaməsinin surətlərini qəbul edib”, - deyə diplomatik departamentdən bildirilib.
Martın 17-də Rusiya Fransanın Rusiya Federasiyasındakı yeni səfiri vəzifəsinə Fransanın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikola de Rivyerin namizədliyini təsdiqləyib. O, bu vəzifədə Fransanın Rusiyadakı müvəqqəti işlər vəkili Zahari Qrossu əvəz edib.