FTB Kaliforniyada avtomobil partladılmasını terror kimi qiymətləndirib
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.
Adalet.az xəbər verir ki, bunu FTB-nin Los-Anceles ofisinin direktor köməkçisi Akil Devis "CBS News" kanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib.
"Bu, düşünülmüş terror aktıdır. Araşdırma apardıqca bunun beynəlxalq və ya daxili terror olduğunu müəyyən edəcəyik", - A.Devis bildirib.
O əlavə edib ki, FTB hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanır. Devis cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edərək, bunun istintaqa mane olacağını deyib.
Qeyd edək ki, mayın 18-də Palm-Sprinqsdəki tibb mərkəzinin yaxınlığında avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.
Digər Xəbərlər
14 Aprel 2026 20:44
“24 saat ərzində bir dənə də olsun gəmi keçməyib”
14 Aprel 2026 20:21
Hakan Fidan pakistanlı həmkarı ilə müzakirə APARDI
14 Aprel 2026 20:15
Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər
14 Aprel 2026 20:00
Almaniya Ukraynaya 4 milyard avroluq silah göndərir
14 Aprel 2026 19:23
“Düşünürdüm ki, cəsarəti var, yanılmışam” - Melonini sərt tənqid etdi
14 Aprel 2026 19:15
Polis Yelisey sarayında axtarış apardı
14 Aprel 2026 19:00
Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb - BMT
14 Aprel 2026 18:50


Bakı -°C

