FTB-nin yeni direktoru: Bu hindli ABŞ təhlükəsizliyinə cavabdehdir
Xəbər vermişdik ki, president seçkilərində qələbə qazanmış Donald Tramp hələ 2024-cü ilin dekabrında Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif etmişdi: “Qürurla Keşyap “Keş” Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm.
Keş parlaq hüquqşünas, müstəntiq və “Öncə Amerika” mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, “Russia, Russia, Russia Hoax”u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib”.
Adalet.az xəbər verir ki, 2 gün əvvəl FTB direktorunun namizədi Senatda prosedur səsverməsindən keçib. Milli mənşəcə hindistanlı olan Keş Patel Trampın ilk administrasiyası dövründə çalışıb və bir neçə vəzifə tutub. O, Trampın fikirlərini bölüşməyən bütün FTB əməkdaşlarının işdən çıxarılmasını və agentliyin kəşfiyyat məlumat toplama rolundan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, Patel 25 fevral 1980-ci ildə Nyu-Yorkun Garden City şəhərində hindistanlı mühacir ailəsində anadan olub .
P.S. Nə əcəb ermənilər bunu da erməni çıxarmayıb?
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Oktyabr 2026 17:35
Mirzoyan azərbaycanlı çobanın Ermənistana keçməsinə münasibət bildirdi - YENİLƏNİB
21 Oktyabr 2026 13:51
Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır
21 Oktyabr 2026 13:37
Putin və Uitkoff görüşdü - YENİLƏNİB
21 Oktyabr 2026 13:26
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
21 Oktyabr 2026 13:12
İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
21 Oktyabr 2026 12:33
Fransa etirazların qarşısını ala bilmir
21 Oktyabr 2026 11:48
Fransa fövqəladə təhlükəsizlik tədbirləri görür: Ordu hərəkətə keçəcək
21 Oktyabr 2026 10:59


Bakı -°C

