Fuad Muradov diaspor rəhbərini təltif etdi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəri Mətləb Nəcəfovu qəbul edib.
Adalet.az xəbər verir ki, komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb.
Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.
Sonra Mətləb Nəcəfova "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.
Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.
Məlumat üçün qeyd edək ki, Mətləb Nəcəfov 2000-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəridir. O, Rusiya-Ukrayna münaqişəsi dövründə bir çox soydaşlarımıza yardım edib.
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

