"Futbolçular təslim olmadılar" - Ançelotti

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti"yə qarşı keçirdikləri ilk oyun haqda danışıb.
Adalet.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis 3:2 hesablı qələbəni belə şərh edib:
“Mən sakitəm və təbii ki, xoşbəxtəm. İki qarşılaşmanın birincisində kiçik üstünlük əldə etdik. Yaxşı oynadıq. İndi qarşıda bizi cavab matçı gözləyir.
Oyun yaxşı keçdi. Hər mənada mükəmməl matç oldu. Əla müdafiə olunduq, hamı çox çalışdı. Hücumda təsirli olduq, çoxlu imkanlar yaratdıq. Futbolçular təslim olmadılar. Layiqli qələbə qazandıq. Çox təhlükəli hücum etdik. Komanda daha çox uğur qazana bilərdi. Çünki şanslar futbolçuların hərəkətliliyi və bacarıqları sayəsində yarandı”.
Qeyd edək ki, "Real" sözügedən matçda 2 dəfə hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Bu komandalar arasında cavab oyunu fevralın 19-da keçiriləcək.
Digər Xəbərlər

Millimiz heç-heçə etdi

Bəhmənlinin futbol stadionu...

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
