“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
Xəbər verdiyimiz kimi, ARB və ATV telekanallarında yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur”, Zaur Baxşəliyevin “Bizimləsən”, Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri bağlanıb.
Məsələylə bağlı Adalet.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, bu verilişlərin əvəzində normal təfəkkürlü jurnalist tapsalar, efirə normal verilişlər dəvət etsələr bunu dəyişiklik saymaq olar:
“Məsələn, “Klassik irsimiz”, milli-mənəvi dəyərlərimiz mövzusunda verilişlər olsa, bu çox yaxşı olar. Sovet dönəmində də bu verilişlər var idi. Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq. Dünyaya açılaq, bizi tanısınlar. Nə yaxşı ki, Qarabağ problemimizi həll etdik. Ancaq efirlərimizdə tarimiz, dəyərlərimiz, folklorumuzla bağlı heç bir hərəkət, fəaliyyət göstərməyiblər. Ona görə də düşünürəm ki, əgər belə verilişlər olaqsa, buyursunlar. Yox, əgər olmayacaqsa, onda yenidən köhnə sandığı açıb, köhnə pambığı ortaya tökməyə ehtiyac yoxdur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
08 Aprel 2026 10:38
Qalalar şəhəri olan tarixi Bitlis – FOTOLAR
06 Aprel 2026 16:59
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
06 Aprel 2026 10:58
"Hamlet"- Lənətlənmiş taxt-tac - Adilə Səfərova yazır
06 Aprel 2026 10:56
Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırır
03 Aprel 2026 11:36


Bakı -°C

