Dövlətimizin yazdığı tarixi tarixçilərimiz niyə dövlətə çevirə bilmir?
“Bəli, tarix konsepsiyası bir çox suallara cavab verə bilər, o cümlədən, simulyasiya bizim tarix üçün tətbiq edilərsə, nəticə ilə indidən tanış olmaq məni çox həyəcanladırardı. Məsələn, Nadir Şah 1747-ci ildə öldürülməsəydi, Azərbaycan dövlətçiliyinin taleyi necə olardı?İlk 10-15 il də Nadir yaşlı idi, amma hələ də güclü hərbi lider idi. Ölümündən qaçsa, daxili üsyanları amansızcasına boğardı. Azərbaycanın vahid vilayəti (Nadir dövründə artıq Təbriz mərkəzli vahid inzibati vahid idi) saxlanardı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, bununla xanlıqların yaranması əngəllənərdi:
“Panahəli xan kimi yerli hakimlər ya itaət edər, ya da məhv olardı. İqtisadiyyat ağır vergi altında qalardı, amma mərkəzi ordu və inzibati gücü saxlanardı. Azərbaycan torpaqları daha az dağıntı görərdi. Növbəti 20 ildə - Nadir təbii ölüm və ya sui-qəsdlə ölərdi, amma daha güclü varis (məsələn, daha hazırlıqlı oğul və ya qardaş) buraxardı. Afşar sülaləsi Qacarlar kimi güclənə bilərdi. Azərbaycan mərkəzləşdirilmiş İran dövlətinin ayrılmaz hissəsi olaraq qalardı. Xanlıqlar əvəzinə böyük vilayətlər sistemi davam edərdi. Osmanlı və Rusiya ilə sərhədlər daha möhkəm qorunardı. Rusiyanın Qafqaza irəliləməsi (Gülüstan və Türkmənçay müqavilələri) ya gecikər, ya da tamamilə fərqli olardı.Afşar və ya güclü varis sülaləsi ölkəni 19-cu əsrin əvvəllərində modernləşdirməyə başlayardı (Qacarlar kimi, amma daha erkən). Azərbaycan neft və ticarət potensialı ilə imperiyanın iqtisadi mərkəzlərindən birinə çevrilərdi. Rusiya ilə müharibələr daha çətin keçərdi. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ya baş verməzdi, ya da çox gecikərdi. Azərbaycan milli şüuru və dövlətçilik ənənəsi daha güclü mərkəzi Afşarlar dövləti kontekstində formalaşardı. Yaxud da, 1920 işğalı olmasaydı, ilk illərdə neft gəlirləri ilə ordu gücləndirilər, xalq arasında birlik yaradılardı. 1920-1930-cu illərdə Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi inkişaf edərdi. Sovet işğalı olmadığı üçün milyonlarla insan repressiyalara məruz qalmazdı, 20 Yanvar və Qarabağ müharibəsi fərqli şəkildə keçərdi. Azərbaycan daha erkən müstəqil iqtisadiyyata, güclü orduya və beynəlxalq əlaqələrə sahib olardı. Bəlkə də Qarabağ problemini 1920-30-cu illərdə həll edərdi və bu gün daha böyük, daha zəngin və daha güclü bir ölkə olardı. Yaxud 1514-cü ildə baş verən Çaldıran döyüşünün aqibəti fərqli olsaydı, bizim prizmamızdan bölgənin, islamın, Avropanın, Anadolunun taleyi necə dəyişərdi? Azərbaycan tarix elmi populyar qaydada xronika ilə deyil, dərsləri ilə öyrədilsə, necə nəticə əldə etmək olardı? İctimai rəydə tarixi-siyasi sərhədlər necə başa düşülür – sualının cavabı indinin özündə belə məlum deyil. Ölkənin ideoloji və siyasi tarixi formal iddialardan kənara çıxa bilmir. Ən həlledici nöqtə isə burdadır: Azərbaycan xalqını xalq kimi formalaşdıran hadisə hansıdır?”
Onun sözlərinə görə, məsələn, rusları Stalinqrad, türkləri Çanaqqala, ingilisləri Vaterloo xalqa çevirdisə, bizi Vətən müharibəsi, xüussilə Şuşa əməliyyatı xalqa çevirdi və bu hadisə xalqımız üçün 4 mühüm nəticə ortaya qoymuş oldu:
1. Xalq olduq
2. Tariximiz oldu
3. Qələbəmiz oldu
4. Hədəfimiz nə olacaq?
Çünki qalibiyyət tarixə yanaşmanı və yeni hədəfləri müəyyən etmək adına mühüm həlledici mərhələyə səbəb oldu.İndi Azərbaycan xalqı üçün bu sual açıq qalır:Türklərin Qızıl Alması varsa,Rusların Üçüncü Roması varsa,Gürcülərin Kolxidası varsa,Ermənilərin “Ağrıdağ”ı varsa, bəs bizim nəyimiz var?Şəxsi yanaşmama görə, Qalib Lider İlham Əliyevin tarixi missiyası ilə başlayan axtarış prosesinə bugünkü tarix elmi konseptual olaraq da cavab verməyə borcludur – bizim simvolumuzu tapmaqla tariximizi, ideologiyamızı, kimliyimizi və gələcək vəzifələrimizi, bir sözlə tarixdə qalaq üçün motivasiyamızı müəyyən edə bilər.Şəxsi olaraq bu, mənə görə Nadirin özünü şah elan etdiyi Suqovuşan – Muğan qurultayı prosesidir - ərazi, əhali, dinə baxış və gələcək perpsektivlər adına Azərbaycan dövlətçilik tarixinin ən möhtəşəm, başlanğıc zirvəsi idi.Suqovuşan simvolunun tarixi - siyasi ağırlığı mənasından ön plana çıxmazmı?Böyük dövlətçiliyin tarixi yadigarı kimiBiz böyük dövlət qura bilərik tarixinin şahidi kimi eləcə də Vətən Savaşının “Suqovuşan” zəfər səhifəsi kimi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Aprel 2026 13:00
XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pislədi
24 Aprel 2026 11:39
MSK-nın tərkibi yenidən formalaşdırılır - Qərar layihəsi Milli Məclisə daxil olub
24 Aprel 2026 11:13
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi
24 Aprel 2026 11:09


Bakı -°C

