Sabah gələrsən...
İndiki ustalara etibar yoxdur. Həm yalançıdırlar, həm də çoxunun əlindən bir iş gəlmir. Onların ki, odur ,qiymət" oxusun" lar və pul qazansınlar. Və bir də düşünmürlər ki, hər şeydən öncə bir halallıq da var. Amma onlarda heç halallıq da yoxdur. Bunlara bir təhər dözmək olur, ancaq onların yalanlarına dözmək olmur. Deyirsən ki, usta, nə vaxt gələcəksən?
Deyir ki, sabah! Günlərlə, həftələrlə, aylarla gözləyirsən , gəlib çıxmaq bilmirlər. Və beləcə səni aldadırlar. Burada Molla Nəsrəddin bir lətifəsi yada düşür: Mollanın bir adama borcu varmış və hər dəfə pulunu istəyəndə deyirmiş ki, get, sabah gəl! Bir gün də molla evdə olmayanda həmin adam deyir ki, atana de ki, mənim pulumu versin! Mollanın da oğlu o adama deyir ki, get, qara daş göyərəndə gəlib , pulunu alarsan! Kişi gedir. Molla gəlir. Soruşur ki, pul aldığı adam gəlmişdi, ya yox? Oğlu deyir ki, gəlmişdi! Molla soruşur ki, nə dedin?
Bildirir ki, dedim, get , qara daş göyərəndə gəl! Mollanın qanı qaralır və əsəbi halda dillənir: - Düz deməmisən, deməliydin ki, get sabah gəl! Birdən qara daş göyərdi ,mən o pulu hardan tapıb verəcəm, amma sabah həmişə var! Bax indiki ustalara da Molla Nəsrəddin bu üsulundan məharətlə istifadə edir. Ona görə də belələrinə bir o qədər də etibar etməyin və işinizi dürüst adamlarla görün!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
21 Avqust 2026 15:38
Növbəti köç: Bu dəfə Xankəndi, Xocalı və Ağdərəyə -YENİLƏNİB
21 Avqust 2026 12:41


Bakı -°C

