Diqqət, uşaqlar!
Bu deviz altında respublikas ərazisində təhlükəsizlik aylığı keçirilir. Şübhəsiz ki, bu cür təhlükəsizlik tədbirləriinin keçirilməsi hərəkət iştirakçılarının həyatında önəmli əhəmiyyət kəsb edir. O ki, qala uşaqlar ola! Artıq sentyabrın 15- dən bütün ümumtəhsil məktəblərində dərslər başlayacaq . Əlbəttə, hər bir məktəblinin sağ-salamat məktəbə gedib - qayıtması valideynlərin ən böyük arzusudur.
Amma gərək valideynlər də öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk eləsin və övladlarını məktəbə apararkən diqqətli olsunlar! Xüsusilə də ibtidai sinif şagirlərinə daha çox nəzarət edilməli, onlar məktəbə gedərkən və qayıdarkən bir anda olsun valideynlər məsuliyyətsizlik etməməlidirlər. Öncə bu il ilk dəfə məktəbə gedən birincilərə önəmli diqqət edilməli,onlar nəzarətsiz olmamalıdır.Düzdür, bu barədə yol polisi davamlı olaraq uşaqları və hərəkət iştirakçılarını maarifləndirir! Ancaq buna arxayın olub , nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə uşaqlar nəzarətsiz qalmamalıdır. Bir sözlə, həm məktəblilər, həm də valideynlər yol polisinin tövsiyələrinə riayət etməli, mövcud təhlükələrə qarşı hazır olmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsininin bölmə rəisi , polis kapitanı Elvin Hacıyev deyir ki, hər bir valideynin böyük arzusu var. Valideyn arzulayır ki, övladı böyüyüb məktəbə getsin, universitet tələbəsi olsun, ali məktəbi bitirdikdən sonra yaxşı bir yerdə işləsin və ailə qursun! Arzuların yarımçıq qalmaması üçün hər bir valideyn üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli, onları məktəbə aparıb- gətirərkən yol hərəkəti qaydalarına əməl etməlidir.
Yeni bir anda olsun , ibtidai sinif şagirdlərini nəzarətsiz qoymaq olmaz. Eyni zamanda onlar uşaqlarina da bu təhlükəsizlik tədbirlərini tez - tez xatırlatmalıdır! Yeni dərs ilinə sayılı günlər qalıb və bu, hər bir valideynin üzərinə böyük məsuliyyət qoyur. Elə edək ki, Bakıda və digər şəhərlərdə məktəbə gedən bir nəfər belə xəsarət almasın! Bir sözlə, " Uşaqlar, diqqətli olun!" təhlükəsizlik aylığı uğurla başa çatsın heç kim ağır qəzalar yaşamasın!
Emil FAİQOĞLU


Bakı -°C

