adalet.az header logo
  • Bakı -°C
14 Oktyabr 2026 09:51
60
GÜNDƏM
A- A+

“Siz də təhsili yox, şantajı seçəndə həm dövlətdən, həm də cəmiyyətdən sillə yediniz”

“O gül kimi balacalar yazıqdır. Onların o cür görüntüləri də ürəkağrıdıcıdır. Məsumdurlar, hamısı bir-birindən gözəl, ipək kimidirlər. Dövlət ona görə dövlətdir ki, onların da dövləti olmalıdır. Bura qədər fikrim belədir. Qaldı ki, dünəndən uşaqların üzərindən qurulan kampaniyalara... bu, lazım idi, bütün gizli hücrələri, damarları, kimlikləri üzə çıxartdı”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

Onun sözlərinə görə, məlum oldu ki, böyük bir şəbəkə, təşkilatlanıb:

“Din adı altında maskalanıb və bu adamlar ilkin sinir uclarına toxundulduğu zaman özlərini və arxalarındakıları ələ verdilər.Dövlət bax burdan işə başlamalıdır.O körpələrin valideynləri başa salınmalıdır və məktəblə evini, evində etdiyin ibadəti bura qatmalı deyildi.Bəzi dostlarımızın. dindar olduqlarına görə bizi özlərinə niyəsə borclu hesab edənlərin də vəziyyəti ümumiyyətlə başa düşülmür.Bu cəmiyyət əsl dindarla saxtakarı ayırd etmək məcburiyyətində deyil, ayrıca, tutaq ki, başını bağlayıb, könlünü hicaba verdinsə, sənin üçün ya təriqətçi, ya şəriətçi bir yol açılır. Bu dinin zatən mahiyyəti burdadır. Siz də təhsili yox, şantajı seçəndə həm dövlətdən, həm də cəmiyyətdən sillə yediniz. Bəs kimdən dəstək qazandınız? İrandan, qondarma türkçü kəsimdən, xilafətçilərdən və LGBT üzvlərindən, ailəsini burda atıb qərbə qaçanlardan?  Dərininə düşünmək üçün zaman var-dı. Yenə də var, ən yaxşı tövbə ən müqəddəs olan dövlətin qapısında edilir. O ki açıqdır.Niyə uzadırıq ki...”.

Vasif ƏLİHÜSEYN