"Gələcəyə böyük ümidlərlə baxırıq" - Spiker

"Ötən dövrdə xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi ilə inamla addımlayıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
MM sədri bildirib ki, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, sosial sahənin modernləşdirilməsi ilə bağlı genişmiqyaslı proqramlar həyata keçirilib.
"Gələcəyə böyük ümidlərlə baxırıq. Bu gün əminliklə söyləyirik ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qaytarılması kimi ümumilli məqsədi də gerçəyə çevirəcək. Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdə davam edərək yeni tarixi qələbələrə imza atacaq", - deyə S.Qafarova qeyd edib.
Nicat
Digər Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib

"30 il sonra Zelenski ölkənin sərvətlərilə təhlükəsizliyi qorumağın yollarını axtarır" - Deputat

Parlamentin xüsusi iclası başladı

Ceyhun Bayramov vyetnamlı həmkarı ilə görüşüb

Elçin Əmirbəyov Çilidə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirdi - FOTOLAR

Prezidentdən To Lamın Azərbaycana səfəri ilə bağlı PAYLAŞIM - VİDEO
