Simonyan müxalifətə əsəbləşdi: "Demokratiyanı sizə Paşinyan yaradıb ki..."
Ötən gün Ermənistan parlamentində dava düşüb.
Baş nazir Nikol Paşinyanla deputatlardan biri arasında mübahisə yaşanıb. Paşinyan deputatın üstünə hücum etməyə də cəhd edib.
Adalet.az xəbər verir ki, bununla bağlı spikeri Alen Simonyan bunu mayın 8-də jurnalistlərlə söhbətində açıqlama verib:"
"Hesab edirəm ki, müxalifət üzr istəməlidir, çünki dünən parlamentdə baş verən insident onların fəaliyyətinin və həyasızlığının nəticəsidir".
Erməni spigerin sözlərinə görə, gərginlik getdikcə artıb, müxalifət deputatları əvvəlcə, Baş nazirin sözünü kəsməyə, sonra ona qeyri-rəsmi müraciət etməyə, sonra açıq yalan danışmağa, sonra qışqırmağa, sonra isə kollektiv şəkildə bağırmağa başlayıblar. Ermənistanın baş naziri və digərləri insandır, səbrimiz var. “Heç kim demir ki, belə məsələlər qaldırılmamalıdır, amma bunu Nikol Paşinyanın yaratdığı normal demokratiya sayəsində edirlər”, - Simonyan qeyd edib.
Qeyd edək ki, ötən gün “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryanın iqtidarı korrupsiyada suçlaması Nikol Paşinyanı özündən çıxarıb.
“Paşinyan hökuməti Ermənistan Respublikasının büdcəsini iki dəfə artırıb və Ermənistana 4,2 milyard dram əlavə gəlir gətirib”, - deyə Baş nazir müxalif deputatın ittihamına cavabında bildirib.
O əlavə edib ki, bu gün müxtəlif korrupsioner məmurların mənimsədiyi qeyri-qanuni əmlakın müsadirəsi nəticəsində dəyəri 5 milyard dollardan çox olan mülk Ermənistan Respublikasına xidmət edir.
Deputat Anna Qriqoryan isə Baş nazirin cavabları ilə qane olmayaraq ittihamlarına davam edib: “Mən hələ də başa düşə bilmirəm ki, hər gün mediada yeni korrupsiya faktları ortaya çıxanda insan nə ilə fəxr edə bilər?”
O, Paşinyanı siyasi iradəsizlikdə də suçlayıb. “Unutmayın ki, təkcə sizin hakimiyyətin dövründə 7 milyard borcumuz yığılıb! Eyni yolu ildə 5 dəfə təmir edirsiz, başqa strateji əhəmiyyət kəsb edən heç nə tikilmir”.Paşinyan isə belə cavab verib: “Siz sadəcə olaraq yalan danışırsınız! Oturun, susun, əsəblərimə toxunmayın...” Anna Qriqoryanın yenidən çıxışa cəhd etməsi Paşinyanı bir az da qəzəbləndirib.
“Mən sizə dedim ki, oturun və əsəblərimi pozmayın!”, – Paşinyan qəzəblə deyib.
Bundan sonra zalda vəziyyət gərginləşib, qışqırıqlar eşidilib. Ermənistan parlamentinin sədri canlı yayımın söndürülməsinə göstəriş verib. Paşinyan tribunadan düşəndən sonra da vəziyyət sakitləşməyib və o, hətta müxalif deputatın üzərinə yeriyərək onu hədələyib. Araya girən digər deputatlar baş naziri sakitləşdirməyə çalışıblar.
Əntiqə Rəşid
Digər Xəbərlər
06 Noyabr 2025 22:07
Polşa prezidenti Ukraynanı naşükürlükdə ittiham etdi
06 Noyabr 2025 21:46
Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb
06 Noyabr 2025 20:56
Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi
06 Noyabr 2025 15:13
"Makton Fransa tarixinin ən pis prezidentidir"
06 Noyabr 2025 13:08
"Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə hazırıq!" - Paşinyan
06 Noyabr 2025 11:35
Rusiya nüvə sınaqlarına hazırlaşır: Qərblə yeni qarşıdurma mərhələsi
06 Noyabr 2025 11:34
"2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik" - Kobaxidze
06 Noyabr 2025 10:31


Bakı -°C

