adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 May 2022 17:43
699
MARAQLI

Gələcəyin ən texnoloji və müasir şəhərləri ...

Bünyamin Bünyadzadənin təqdimatında...

Gələcək zaman insan üçün daim maraq obyekti olaraq qalır. İnsanları hər zaman yaxın və uzaq gələcəkdə baş verəcək hadisələr düşündürməyə bilməz. Gələcək illərdə və dövrlərdə insanlar dah yaxşı həyat və daha müasir texnoloji yeniliklər içində yaşayacaqlarını düşünürlər. Dünyada bir çox elm adamları, araşdırmaçılar, ekspertler hesab edir ki, 35 ildən sonra dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bir çox şəhərlər buna hazırlanmağa çalışarkən bəziləri sahibkarlıq ruhu və yerli dəstəklər sayəsində artıq önə keçib.

Beynəlxalq araşdırma şirkətlərindən biri texnoloji yatırımlar, infrastruktur, ekosistem, patent sayı kimi bir çox kriteriyaları əsas götürərək dünyanın ən texnoloji şəhərlərinin siyahısını hazırlayıb. Həmin araşdırmaya istinadən dünyanın 25 texnoloji ölkəsini təqdim edirik:

Vaşinqton- ABŞ

Son 10 ildə texnologiya sahəsindəki məşğulluğu 50 faiz artırıb. Bu gün 1000-dən çox startap mərkəz ofislərini şəhərdə açıb. Texnologiya ilə bağlı rəqəmlər sürətlə artır.

Kopenhagen- Danimarka

Startap ekosistemi çox geniş olmasa da, ağıllı istehsal texnologiyaları və ağıllı şəhərciklər baxımından inkişaf etmiş şəhərdir. Kopenhagen 2025-ci ildə neftdən asılılığını tamamilə aradan qaldırmağı hədəfləyir.

Şenzen-Çin

Bir çox telekom və robot firması 11 milyonluq bu şəhəri mərkəz müəyyən edib. Şəhərdən çıxan texnoloji patent ədədlərində partlayış var.

Dublin- İrlandiya

Vergi üstünlükləri və təşviqlər sayəsində Avropanın texnologiya mərkəzlərindən biri olub.Facebook,LinkedIn, Hubspot, Dropboxkimi firmaların Avropa və EMEA rəhbərlikləri burada yerləşir. Avropanın ən böyük startap fondu olanEnterprise Irelandda bu şəhərdədir.

Montreal- Kanada

Sürətlə böyüyən bir startap ekosisteminə sahib olan şəhərdir. Xüsusilə geyiləbilən texnologiyalar, sənaye dizaynı və proqramlaşdırmada çalışanlar üçün doğru ünvanlardandır.

Şanxay- Çin

Mindən çox startapda çalışan 100 mindən çox işçini saxlayan Zhangjiang Hi-Tech Park-a ev sahibliyi edir

Bura tez-tez Çinin Silikon Vadisi olaraq xarakterizə edilir.

Stockholm- İsveç

Stockholm Avropada ən çox “unicorn”, yəni dəyəri 1 milyard dolları keçən şirkəti saxlayan şəhərdir. Bu şəhər də 5-10 il içində tamamilə neftdən asılılığı azaltmağı hədəfləyir.

Eyni zamanda, startap sərmayəsi investisiyalarında dünyanın ən sürətli böyüyən ikinci bazardır.

Ştuttqart- Almaniya

Araşdırmalara görə, Stuttgart dünyada yüksək texnologiya sahəsində ən çox patent müraciəti edən beşinci şəhərdir.

Xatırladaq ki,Porsche, Daimler, IBM, Boschkimi nəhənglərin mərkəzləri də buradadır.

Hong Kong-Çin

İnternet bağlantısı ən sürətli şəhərlərdən biri olan Hong Kong ötən il 243 milyard dollarlıq yüksək texnologiya ixrac edib.

Bu, şəhər dövlətinin bütün ixracatının yüzdə 51 faizini keçir.

Moskova- Rusiya

60 milyon dollarlıq kosmos araşdırmaları fondunun mərkəzi buradadır. Şəhərin texnologiyaya çevrilməsi üçün də ciddi investisiyalar qoyulur.

Vancouver-Kanada

Toplam gəlirləri 2 milyard dolları keçən 600-dən çox rəqəmsal media startapına ev sahibliyi edir. Ekosistem sürətlə böyüyür.

Münhen-Almaniya

Əhali başına düşən patent sayında Almaniya birincisidir. Qlobal texnologiya nəhəngi Siemens-in burada olması da təəccüblü deyil. Təxminən 550 amerikalı İT firması Avropa ofisini açmaq üçün Münheni seçib.

Berlin-Almaniya

Dünyanın bütün avtomobil firmalarının təmsil edilidiyi şəhərdir. Çox güclü bir startap ekosistemi və mədəniyyəti var. Startap sərmayəsi investisiya faizləri ilə Avropada ilk 3-dədir.

Çikaqo-ABŞ

ABŞ-da yüksək texnologiya məşğulluğu sayında ilk beşlikdədir.CityWorks adlı şəhər nəqliyyat və enerji çevrilmə layihəsi də diqqət çəkir.

Tokio-Yaponiya

Dünyanın ən sıxlıq olan şəhəridir, eyni zamanda qlobal texnologiya nəhənglərinin də yuvasıdır. Burada nəqliyyat infrastrukturu dünyanın ən yaxşılarındandır. Hər il 2,3 milyard sərnişin daşıyan Tokio metrosunda gecikmə nisbəti az qala sıfıra yaxındır.

Amsterdam- Hollandiya

Avropalı rəqiblərinə görə daha kiçik olsa da, finansal texnologiyalar, enerji və sahibkarlıq mədəniyyəti baxımından Avropanın mərkəzlərindən biridir. 2025-ci ildə benzin və dizel vasitələri ilə işləyən qurğuları qadağan etməyi planlaşdırır.

Sinqapur

Dünyanın ən çox proqramçı və startap sərmayəsi yatırımçısı olan şəhərlərindəndir. MIT ilə birlikdə şəhərdə toplu daşımanın suveren qılınacağı nəhəng bir layihəyə ev sahibliyi edir.

Toronto-Kanada

Kanadanın texnologiya firmalarının 30 faizi Torontodadır. Həmçinin bunların çoxunda çalışan işçilərin sayı da çoxdur. Görünür, Kanadadan 10-ci ilə damğasını vuracaq layihələr böyük ehtimalla buradan çıxacaq.

Taipey-Tayvan

Asus, MSI, Gigabyte və Acerkimi nəhənglərin mərkəzlərini olduğu şəhərdir. Təchizat və sənaye dizaynda Asiyanın liderlərindəndir.

Boston-ABŞ

ARGE deyəndə ABŞ-da ilk ağla gələn şəhərlərdəndir. Gələcəyin texnologiyalarının hazırlanıb, inkişaf etdirildiyi MIT, Harvard, Tufts kimi elit universitetlərlə yanaşı, Facebook kimi nəhənglərin ARGE laboratoriyalarının da ünvanı buradadır.

Los Anceles-ABŞ

LA County Economic Development Corporation 2014 hesabatına görə, Los Angeles yüksək texnologiya məşğulluğunda ABŞ-da bir nömrədir. Bu sahədə ümumi gəlir isə 58 milyard dollardır. Bu sürətlə böyüməyə əsas səbəb startaplardır.

Seoul-Cənubi Koreya

“Gələcəyin şəhəri” olaraq xarakterizə edilən Seoul 2thinknow araşdırmasına görə, bu gün dünyada ən çox patent çıxaran ölkədir. Ağıllı metro sistemindəki dəqiqlik və problemlərin olmaması baxımından ABŞ və Avropadakı bir çox metro sistemindən fərqlənir.