Gələn həftə deputatların tətili başa çatır
Gələn həftə Milli Məclisin deputatlarının tətili başa çatır.
Adalet.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Digər Xəbərlər
06 Aprel 2026 20:33
“Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”
06 Aprel 2026 19:50
İlham Əliyevin Gürcüstana səfəri başa çatdı - FOTOLAR
06 Aprel 2026 18:55
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:55
Maka Boçorişvili: Gürcüstan Azərbaycanla tərəfdaşlığın daha da gücləndirilməsinə ümid edir
06 Aprel 2026 17:14
Prezident və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
06 Aprel 2026 14:40
Prezidentdən nəqliyyat dəhlizləri ilə bağlı AÇIQLAMA
06 Aprel 2026 14:39
"Bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik" - Dövlət başçısı
06 Aprel 2026 14:38


Bakı -°C

