Azərbaycanda vahid büdcə təsnifatı YENİLƏNDİ
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən, səhmlərinin və paylarının azı 51%-i birbaşa və yaxud dolayısi ilə dövlətə məxsus olan şəxslər üzrə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergisi, neft-qaz və digər fəaliyyətlə bağlı hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi büdcə gəlirlərinin təsnifatına daxil edilib.
Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə xüsusi müsadirə edilmiş əmlakın satışından daxilolmalar, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək məqsədilə operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün ödənişlər də büdcə gəlirlərinin təsnifatına daxil olunub.
Dövlət orqanları tərəfindən xüsusi müsadirə edilmiş, müsadirə edilmiş, sahibsiz qalmış və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Digər Xəbərlər
13 Aprel 2026 17:02
Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13
"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov
13 Aprel 2026 11:33
"İki milyard manatdan çox təhrif düzəldilib" - Palata sədri
13 Aprel 2026 11:17
“Orban Avropa İttifaqı daxilində ən problemli liderlərdən biri hesab olunurdu”
13 Aprel 2026 11:05
Maliyyə pozuntularının məbləği açıqlandı
11 Aprel 2026 11:22


Bakı -°C

