Gələn həftə deputatların tətili BAŞA ÇATIR
Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.
Adalet.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
Sentyabr ayının əvvəllərində etibarən parlamentin payız sessiyasının komitə iclasları başlayacaq.
Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:36
Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
23 Sentyabr 2026 00:05
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı
22 Sentyabr 2026 23:57
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü - YENİLƏNİB
22 Sentyabr 2026 23:53
Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir
22 Sentyabr 2026 22:12
“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq” - VİDEO
22 Sentyabr 2026 21:00
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
22 Sentyabr 2026 19:58
Tramp İlham Əliyevdən sitat gətirdi
22 Sentyabr 2026 19:28


Bakı -°C

