GƏLƏN MƏNİM YÜKÜMƏDİ,
GƏLMƏYƏN MƏNİM…
Hazırda dünyanın gözü Bakıdadır, gözləri kor və çeri olan ölkələrdən başqa. Bakıda dünyanın və bəşəriyyətin gələcəyini nəzərdə tutan COP-29-a prezidentlər, dövlət və hökumət başçılarından ibarət 70 minə yaxın qonaq gəlib. Gəlib xalqımızın qonaqpərvərliyini, mədəni səviyyəsini, sülhsevər olduğunu görüb.
Fransanın və Hollandiyanın (Hollandiya adını dəyişib Niderland qoysa da elə yenə Hollandiyadır) yaxa cırmasına baxmayaraq, süləngi itlər kimi hürmələrinə baxmayaraq, karvan, yəni COP-29 yoluna uğurla davam edir.
Makron Paşinyana necə göz ağardıb təpindisə Ermənistan da COP-29-da iştirak etməkdən boyun qaçırdı. Və əslində elə uduzan da Ermənistan oldu.
Qarabağda belə bir ifadə var:
Gələn mənim yükümədi,
Gəlməyən mənim …
Gəlməyənlər çox da vecimizə idi.