Gənc bəstəkar katib təyin olundu
Azərbaycan Bəstəkarlar İttifaqına katib təyin olunub.
Adalet.az xəbər verir ki, bu vəzifəyə bəstəkar İlahə Qismət qızı Abdullayeva təyinat alıb.
İlahə Qismət 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq “simfonik orkestr dirijorluğu” üzrə təhsil alıb. Təhsil illərində “Qara Qarayev” təqaüdünə layiq görülüb.
“Dədə Qorqud” və “Dəmir yumruq” baletlərinin müəllifidir. 2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır.
2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun “Gənclərlə iş” Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib
Digər Xəbərlər
16 Aprel 2026 11:43
“Aprel”i şərəfləndirən bəstəkar - Əntiqə Kərimzadə yazır…
16 Aprel 2026 10:56
AzTV süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb - VİDEO
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27


Bakı -°C

